Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2016

Rusiya: “Moldova bizi istəyir”

Moldovada hazırkı hökumətə qarşı etirazlar Qərbi tam olaraq gözdən salır və Şərq Tərəfdaşlığı proqramının uğursuzluğundan xəbər verir.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Dumasının MDB ölkələri ilə iş üzrə komitəsinin sədri Leonid Slutski söyləyib. Onun sözlərinə görə, Moskva Moldovadakı situasiyanın, tezliklə, həll olunacağına ümid edir:

“Hazırda Moldovada əhalinin 80%-i mövcud hakimiyyətə qarşı mübarizə aparır. Ölkədə Avrasiya İttifaqı və Avropa Birliyi istiqamətində inteqrasiya tərəfdarı olan qüvvələr mövcud hakimiyyətə qarşı birləşiblər. Altı postsovet ölkəsindən üçü (Gürcüstan, Moldova və Ukrayna – red.) Avropa Birliyi ilə assosiativ üzvlük haqqında müqavilə imzalayıb. Bütün bu ölkələrin hamısında hazırda problemlər mövcuddur. Bu, Şərq Tərəfdaşlığı proqramının uğursuzluğundan xəbər verir.Moldovadakı vəziyyət əhalinin böyük bir hissəsinin Rusiya ilə ümumi Avrasiya İttifaqında yaşamaq istəyini göstərir”./axar/
933 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber