Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2016

Mahsun Kırmızıgül Əhməd Davudoğlunu təhqir etdi

Türkiyənin məşhur müğənnisi və rejissoru Mahsun Kırmızıgül baş nazir Əhməd Davudoğluya sərt mesaj yazıb.

Müğənni baş naziri Türkiyənin cənub şərqində baş verən terror hadisəsində günahkar bilib. İfaçı sosial şəbəkədə baş nazirə qarşı qalmaqallı ifadələr işlədib.

“Hazırda yaralı uşaqların günahı nədir? Yazıq deyil onlara? Günah deyil? Mərhəmət və vicdanınıza nə olub? Yaralı uşaqları və yaşlı insanları ölümə tərk etmək hansı dində yazılıb? Necə bu qədər zalım, bu qədər mərhəmətsiz oldunuz, ey baş nazir?!”/ans/
787 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 18:03