Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2016

45 yaşlı kişi başından balta ilə vuruldu

Hacıqabul sakini çayxanada İsmayıllı sakininə balta ilə ciddi xəsarət yetirib.

Hadisə ötən gecə Hacıqabul rayonunun Nəvahi kəndindəki çayxanada baş verib.

Nəvahi kənd sakini, 1983-cü il təvəllüdlü Əsgərov Şahin Habil oğlu İsmayıllı rayon sakini, 1971-ci il təvəllüdlü Nurməmmədov Rövşən Zeynəddin oğlunun baş nahiyəsindən balta ilə vurub.

Sonuncu kəllə-beyin travması ilə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirlib.

Ş. Əsgərov polis tərəfindən saxlanılıb. Hadisənin hansı səbəbdən baş verdiyi aydınlaşdırılır.

Ş. Əsgərovun hadisəni törədərkən sərxoş vəziyyətdə olduğu bildirilir./apa/
881 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber