Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2016

Rusiya qırıcısı ABS təyyarəsini hədəfə aldı

Rusiyanın «Su-27» qırıcı təyyarəsi Qara dəniz səmasında kəşfiyyatçı Amerika təyyarəsinə təhlükə yaradıb, onun düz 5 metrliyindən uçub.

Hadisə həftənin əvvəli baş versə də, Pentaqon bu barədə məlumatı dördüncü gün açıqlayıb.

Pentaqon rəsmisi bildirib ki, rusiyalı pilot təhlükəli və qeyri-peşəkar davranıb, amerikalı ekipajı və özünü təhlükəli vəziyyətə qoyub.

Pentaqon rəsmisinin sözlərinə görə, rusiyalı pilot kəşfiyyatçı təyyarənin 5 metrliyinə uçub və sonra qəfil uzaqlaşıb.

Bu, Amerika kəşfiyyatçı pilotlarının üzləşdiyi ilk hadisə deyil. ABŞ Müdafiə Nazirliyi bildirir ki, bir dəfə də Rusiya qırıcısı Amerika təyyarəsinin yaxınlığında uçub və «qeyri-peşəkar» davranıb. Amerika tərəfi bununla bağlı Rusiyaya etiraz bildirib./azadlıq/
894 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP