Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2016

Britaniya mətbuatı: “Rusiyanın müasir silahlarından yazdı”

Rusiyanın yeni hərbi silahların yaradılması üçün yüksək texnologiyalardan istifadə etməsi Qərbi və İsraili məyus edib.

Bu barədə Britaniyanın nüfuzlu “İndependent” qəzeti yazıb.

Məqalədə Qərb hərbi dairələrinin Rusiya hərbi texnikasının inkişafına şübhə ilə yanaşması və onları "köhnəlmiş" adlandırmasının böyük bir səhv olduğu qeyd edilib:

“Rusiya qırıcıları Suriyada bəzi günlərdə ABŞ başda olmaqla, beynəlxalq koalisiya qüvvələrindən daha çox uçuş həyata keçiriblər. Bundan başqa, Rusiya Hərbi Dəniz Donanması öz raketlərini Xəzər dənizindən 900 mil məsafədən Suriya istiqamətində buraxır.

Qərb siyasətçiləri Rusiyanın güclü silahlarının olduğunu etiraf etməyə başlayır. ABŞ-ın Avropadakı Quru Qoşunlarının komandanı Ben Hodces Rusiyanın Suriya və Ukraynada hərbi radioelektron vasitələrin inkişafındakı uğurlarının inanılmaz olduğunu deyib.

Birləşmiş Ştatların Hərbi Hava Qüvvələrinin Avropadakı komandanı, general Frenk Qorents isə Rusiyanın Krım və Kalininqradda hava hücumundan müdafiə kompleksləri yerləşdirmək istədiyini açıqlayıb. Onun sözlərinə görə, bu, NATO-nun bəzi ərazilərə, xususilə də Polşaya təhlükəsiz çıxışlarını son dərəcədə çətinləşdirəcək”.

Məqalədə qeyd olunan digər vacib məsələ isə Rusiya-İran əlaqəsidir:

“İsrail Rusiyanın artan hərbi gücünü həyəcanla izləyir. İsrail sonda İranın Rusiyanın müasir hərbi texnikasını əldə edə biləcəyindən ehtiyatlanır”.
837 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı