Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2016

Ticarətçilər rəhbərlikdən icarə haqlarının azaldılmasını tələb edirlər

“Maliyyə böhranı dünyanın əksər ölkələri kimi Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. Nəticədə qiymətlərdə artım, əhalinin gəlirlərində isə azalma müşahidə olunmaqdadır. Bu vəziyyət biz ticarətçilərin gəlirlərinə də mənfi təsir göstərib”.

Bu sözləri "Xalqlar dostluğu” Ticarət Mərkəzində fəaliyyət göstərən ticarətçi Emin Məmmədov bildirir. Onun sözlərinə görə, bir qrup ticarətçi bazar rəhbərliyinə müraciət edərək icarə haqqının aşağı salınmasını tələb ediblər.

“Ticarət mərkəzində alıcılıq qabiliyyəti çox aşağı səviyyədədir. Gəlirimiz azalıb, xərclərimizi ödəmir. Bazar rəhbərliyindən istəyimiz odur ki, yaranmış yeni arzuolunmaz vəziyyəti nəzərə alıb icarə haqqında güzəşt etsin. İstənilən ticarətçini danışdırın, hamımız qan ağlayırıq”,-deyə ticarətçi bildirir.


Onun sözlərinə görə, "Xalqlar dostluğu”  rəhbərliyinin ticarətçilərin «icarə haqqını aşağı sal” tələbinə “kim istəyir qalsın, kim istəyir getsin” cavab verib.

Ticarətçi böhran dövründə əhalinin geyim məhsullarına tələbatının azaldığını vurğulayaraq, bazarın şərtlərindən danışdı: “Ticarət Mərkəzində mağaza yoxdur, piştaxtalar var. 1 metr piştaxtanın bir aylıq icarə haqqısı 240-250 manat arasında dəyişir. Heç kim də 1 metrlik yerde alver edə bilmir. Hamı 3-4 metr yer götürür. Bu da bir ayda 1000 manata yaxın pul edir. Son bir-iki ayda alver çox aşağı olduğuna görə heç kim “yer pul”unu da qazana bilmir. Başqa bazarlarda maliyyə böhranı nəzərə alınaraq icarə haqqında endirimlər edilib. Çox istərdik ki, “Xalqlar dostluğu” da bizi iş yerimizdən məhrum etməsin”. /bizimyol/
995 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı