Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Dekabr 2013

Rusiya Ukraynaya 15 mlrd. dollar yatıracaq

Rusiya Ukrayna hökumətinin qiymətli kağızlarına Milli Rifah Fondundakı ehtiyat vəsaitlərindən 15 mlrd. dollar yatırmaq niyyətindədir.

Apa-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin bəyan edib.

“Əsasən dünyada baş verən maliyyə və iqtisadi böhranla əlaqəli olan Ukrayna iqtisadiyyatının çətinliklərini nəzərə alaraq və Ukrayna büdcəsinə dəstək məqsədilə Rusiya hökuməti Ukrayna hökumətinin qiymətli kağızlarına Milli Rifah Fondundakı ehtiyat vəsaitlərindən 15 mlrd. dollar yatırmağı qərara alıb”, deyə Putin Rusiya-Ukrayna dövlətlərarası məsləhətləşmələrin yekunlarına dair mətbuat konfransında deyib.

Rusiya maliyyə naziri Anton Siluanovun sözlərinə görə, Ukrayna istiqraz vərəqələrinin bir hissəsinin artıq bu il buraxılması nəzərdə tutulub. Ukrayna hökumətinin qiymətli kağızlarının buraxılışı 2014-cü ildə də davam etdiriləcək.
1333 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:51