Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2016

Evə getməyinə 2 ay qalmışdı…

Ötən gün saat 15.00 radələrində Azərbaycan-Ermənistan sərhədində düşmən təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri, 1996-cı il təvəllüdlü Nahid Fikrət oğlu Səfərov bu gün dəfn edilib. Tovuz rayonu istiqamətində şəhid olan əsgər bu gün doğulduğu Lənkəran rayonunun Vilvan kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində kənd sakinləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin əməkdaşları, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak ediblər. Yaylım atəşindən sonra şəhid torpağa tapşırılıb.

Qeyd edək ki, Nahid Səfərov 2014-cü ilin oktyabr ayında orduya çağırılıb. Onun hərbi xidmətdən tərxis olunmağına cəmi 2 ay qalıbmış./apa/
1404 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP