Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2016

Vəkil hökumətin bağça korrupsiyasından yazdı

Tanınmış vəkil Aslan İsmayılov “Facebook” səhifəsində bağçalarla bağlı korrupsiyaya dair maraqlı qeyd paylaşıb. Onun yazdıqlarını təqdim edirik: “Bu günə qədər elə bilirdim ki, kasıbların bütün problemlərini bilirəm. Bu gün başa düşdüm ki, sən demə heç mən də kasıb insanların vəziyyətini sona qədər bilmirəm. Bir nəfər imkansız mənə müraciət edib xahiş etdi ki, özünə iş tapıb, ancaq azyaşlı uşağını uşaq bağçasına düzəldə bilmir ki, işə çıxsın. Söz verdim ki, kömək edəcəm və görmədiklərimlə, təsəvvür edə bilmədiklərimlə rastlaşdım. Sən demə həmin pulsuz dövlət uşaq bağçaları bildiyim yerə uşağı düzəltmək üçün tək Bakı İcra Hakimiyyətinə azərbaycan dilliyə ən azı 500, rus dilliyə isə 700 manat rüşvət verilməlidir. Bundan sonra da hər ay Bağça müdirəsinə 50 manat, 2 müəlimin hər birinə ayda 20 manat və süpürgə, yastıq, isti yorğan və nələr-nələr pulu da lazımdır. İndi mən həmişə yazığım gəldiyi, ziyalı hesab etdiyim, hər dəfə “mən kiməm” sözlərinə inandığım Hacıbəlaya olan nifrətin səbəbini bildim”.
969 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber