Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Yanvar 2016

Fəcr Ongünlüyü (Dəheye-fəcr) astanasında...

Ayətullah Xamenei İmam Xomeyni (r) və şəhidləri ziyarət etdi

Cənab Rəhbər Ayətullah Xamenei Fəcr Ongünlüyü astanasında mərhum İmam Xomeyninin və Behişte-Zəhra şəhidlərinin məzarını ziyarət edib.
12 bəhmən Fəcr Ongünlü başlayır. Hicri-şəmsi 12 bəhmən 1357-ci il (1fevral, 1979-cu il) İran İslam Respublikasının banisi, İslam İnqilabının mərhum rəhbəri İmam Xomeyni (r) 15 il Türkiyə, İraq və Fransada sürgün həyatı yaşadıqdan sonra vətənə dönüb. İmam Xomeynini tarixdə görünməmiş izdiham qarşılayıb. Tehranın Mehrabad hava limanında qısa çıxışdan sonra İslam İnqilabının şəhidlərini ziyarət etmək üçün Behişte-Zəhra qəbiristanlığına gedib, xalq qarşısında günün məsələlərindən danışıb. İmam Xomeyni İrana qayıdandan 10 gün sonra, 22 bəhməndə (11 fevral, 1979-cu il) İranda əzəmətli İslam İnqilabı qəti qələbə çalıb. İmam Xomeyninin (r) İrana döndüyü 12 bəhməndən inqilabının qələbə çaldığı 22 bəhmənə qədər Fəcr Ongünlüyü adlandırılıb.
Ayətullah Xameneyi Fəcr Ongünlüyü haqqında buyurur: Fəcr Ongünlüyü İslam günəşinin ilk şəfəqlərinin şölələndiyi, İslami dəyərlərinin dirçəldiyi, İran millətinin azadlıq tarixinin başlanğıcı, bizim tariximizin keçmişini gəlcəyindən ayıran bir dövrdür. Fəcr ongünlüyündə İslam ikinci dəfə doğuldu. Bu ongünlük İran tarixində həlledici və misilsizdir...

Vilayet.info
1410 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber