Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Yanvar 2016

Sən şaha əyiləndə! - Şeir

Oğul küsüb atadan,
deyir ki, utanıram
sən şaha əyiləndə!
Ata deyir, çarə yox,
ürəyim silkələnir
qapımız döyüləndə.
Oğul deyir bəs nənəm
niyə qorxmur, hey söyür
şahın ata-babasın,
qohumun-əqrəbasın?
Ata eşir bığların,
oynadır ayaqların,
deyir bala uşaqsan,
o arvaddı, mən kişi,
mənim başqadır işim!
Oğul birbaşa qaçır
nənənin qucağına.
Deyir qoy arvad olum,
amma şahın, vəzirin
düşməyim ayağına!


A.Eyvazov/facebook
1135 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:24
Yeni doğulmuş məcbur