Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Yanvar 2016

Türkiyədə başı kəsilən azərbaycanlılardan yeni xəbər

Türkiyənin Düzcə bölgəsində başı kəsilən üç azərbaycanlı Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Marneuli rayon sakinləridir.

İki bacı - 56 yaşlı Emma və 46 yaşlı Elnaz Şərifovalar, həmçinin onlardan birinin 19 yaşlı nəvəsi Sahib Şərifovun cəsədləri yaxın günlərdə Marneuliyə gətiriləcək.

Hazırda öldürülən şəxslər haqqında Marneulidə də müxtəlif versiyalar dolaşmaqdadır. Sahib Şərifovun atasının məlumatına görə, onun oğlu Türkiyədə kababçı işləyib. O, hadisə haqqında məlumatlı olmadığını bildirib: "Marneulidə müxtəlif versiyalar yayılıb. Onların təbii qazdan zəhərləndikləri və onların öldürüldüyü barədə xəbərlər var".

Məlumata görə, ölən Marneuli sakinləri hazırda ekspertizadan keçirilir və daha sonra meyitlər Marneuliyə göndəriləcək.

Xəbər verildiyi kimi, Türkiyənin Düzcə bölgəsində Gürcüstan vətəndaşı olan üç azərbaycanlı evdə boğazı kəsilmiş vəziyyətdə tapılıb.

“Haber Gazete”nin məlumatına görə, hadisə yerinə gələn polis cinayətin 2-3 gün əvvəl baş verdiyini təsbit edib.

Meyitləri evə gələn 56 yaşlı Emma Şərifovanın keçmiş həyat yoldaşı Sərvət Öztürk aşkar edib və polisə zəng vurub./apa/
1020 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:51