Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Yanvar 2016

Keçmiş səfir şərh edir: Hakimiyyət Qərbdən niyə kredit ala bilməz?

“ABŞ Konqresində Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar barədə iki qanun layihəsi muzakirə olunacaq bir vaxtda…”

Azərbaycanın Avropa Şurasında nümayəndəsi olmuş keçmiş səfir Arif Məmmədov hökumətin Dünya Bankı və Beynəlxalq Valyuta Fondundan 4 milyard dollarlıq “təcili kredit” istəməsini şərh edib. Keçmiş səfir feysbuk səhifəsində məsələyə “Qərb institutları ilə 20 ildir çalışan diplomat kimi” yanaşaraq, beynəlxalq maliyyə qurumlarının kredit şərtlərində Azərbaycanın indiki siyasi durumunu xüsusilə nəzərə alacağını bildirb:

1. Çox güman kı, Azərbaycan prezidentinin Davos Dünya İqtisadi Forumuna qetməsinin əsas məqsədi elə bu məsələni müzakirə etmək olub.

2. Hər iki maliyyə institutu (BVF və DB) yüksək kreditləri yalnız çox ciddi və əsaslı siyasi və iqtisadi islahatlar şərtilə verə bilər. Uzun müddətdir Azərbaycanda fəaliyyət qöstərən bu qurumlar hakimiyyətin ciddi islahatlara hazır olmadığından xəbərdardılar. Çində istehsal olunan və Naxçıvanda NAZ-LİFAN nişanı əlavə edilən maşınların alınması barədə göstərişlər islahat adlandırıla bilməz.

3. Həm Dünya Bankı, həm də Beynəlxalq Valyuta Fondunun ABŞ höküməti ilə ciddi bağlılığı var və hər ikisində əsas söz sahibi ABŞ hökümətidir. Məlumdur ki, Dünya Bankının 51% vəsaitləri ABŞ-a aiddir. ABŞ Konqresində Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar barədə iki qanun layihəsi muzakirə olunacaq bir vaxtda hansısa kredit verilməsi barədə söz-söhbət qeyri-ciddi spekulyasiya kimi qiymətləndirilməlidir.

4. Ekspertlərin Bakıya gəlməsi normaldır və onlar mütamadi olaraq ölkədəki iqtisadi və maliyyə vəziyyətilə tanış olmaq üçün gəlirlər.

5. Onların təsdiqlənmiş Bakı səfərindən və Maliyyə Nazirliyində aparılan danışıqlardan sonra maliyyə naziri Samir Şərifovun Azərbaycan hakimiyyətinin borc istəmək barədə müraciətini təkzib etməsi danışıqların nəticəsiz qaldığından xəbər verir./azadlıq/
774 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı