Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Yanvar 2016

MTN KİMLƏRİN “ŞƏXSİ HƏYAT”INI İDARƏ EDİB?

Şəmsəddin Hacıyev, Zakir Fərəcov nə üçün Eldar Mahmudova villa hədiyyə ediblər..?

Son bir neçə ayda mətbuatda müxtəlif vəzifəli şəxslərin MTN-nin keçmiş şefi Eldar Mahmudova villa, mənzil, qiymətli əşyalar bağışlaması haqqında yazılar dərc olunur. Amma heç kim bunun əsl səbəblərini açıqlamaq istəmir.
Daxil olan məlumata görə, Eldar Mahmudovun cinayətkar dəstəsi vəzifəli şəxslərin, deputatların, biznesmenlərin danışıqlarını dinləyir, onların “özəl” həyatı ilə bağlı materaillar toplayır, “MTN gözəlçələri” vasitəsi ilə hətta onların “yataq”larından çəkiliş də edirmişlər. Sonra isə toplanan materaillar Eldar Mahmudova təqdim olunurmuş. Və sorğu-sual başlanırmış. Biabır olacağından qorxuya düşən vəzifəli şəxslər, deputatlar, biznesmenlər məcburiyyət qarşısında Eldar Mahmudova çox bahalı, dəyəri 100 minlərlə ölçülən hədiyyələr verirmişlər.
Ancaq digərlərindən fərqli olaraq belə zərərçəkənlər heç yerə şikayət edə bilmirlər. Bu gün də səslərini içlərinə salıb oturublar.
Əlbəttə kiminsə “yatağına burun soxmaq” heç bir qaydaya, hətta insanlığa sığan məsələ deyil.
Mənbə bildirib ki, bu rüsvayçılıq hətta hakimiyyətin yuxarı dairələrində bir neçə dəfə ciddi müzakirə olunub və Eldar Mahmudova xəbərdarlıq da edilib. Ancaq nəticə olmayıb.
Mənbənin söylədiklərinə görə, İqtisad Universitetinin keçmiş rektoru Şəmsəddin Hacıyevin keçmiş MTN şefinə bir neçə mənzil bağışlaması elə-belə məsələ deyil.
Məlumdur ki, İqtisad Universitetinin həbsdə olan xanım müəlliminin evi bəzi vəzifəli şəxslər, deputatlar üçün ən etibarlı “görüş yeri” idi. Ancaq mənbənin dediklərinə görə, bu evdə MTN lövbər salmışdı.
Mənbə, bildirdi ki, ümumiyyətlə, bu bahalı hədiyyələrin arxasında əsasən “özəl həyat” dayanır.
Doğrudan da maraqlıdır ki, Abşeronun keçmiş, Sumqayıtın indiki icra başçısı Zakir Fərəcov Eldar Mahmudova nə üçün dəyəri milyonlar olan villa bağışlamalıdır..?
Axı, məlumdur ki, Zakir Fərəcəov çox ciddi fiqura bağlıdır..? Onun Eldar Mahmudovdan nə çəkinəcəyi ola bilərdi..?
O cümlədən Mərkəzi Bankın prezidenti Elman Rüstəmov MTN şefindən niyə ehtiyat etməli idi..?
Əlbəttə, biz baş verən bütün cinayətlərin, bağışlanan hədiyyələrin ancaq “özəl həyatla” bağlı olduğunu düşünəcək qədər sadəlövh deyilik. Amma suallar da açıqdır.
Mənbə MTN çetesinin çəkdiyi gizli hələ neçə-neçə deputatın, komitə sədrinin, vəzifə sahibinin adını çəkmək mümkün deyil.\Nuh\
1009 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı