Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Yanvar 2016

Hakimiyyətdə “qara kassa” davası

Büdcəyə əlavələr edilməsi məmurları üz-üzə qoyub; Aydın Əliyev niyə gömrük rüsumlarının artırılmasını təklif edir?

Dövlət büdcəsinə yenidən baxılmasının hakimiyyət daxilində ziddiyyətləri daha da dərinləşdirdiyi barədə məlumat vermişdik. Həmin məlumatda deyilirdi ki, büdcəyə əlavə olunacaqsa, o zaman büdcənin doldurulması üçün əsas güc Vergilər Nazirliyi, Dövlət Gömürk Komitəsi və Dövlət Sosial Müdafiə Fondunun üzərinə düşəcək.

Lakin nəzərə alsaq ki, böhran səbəbindən Azərbaycanda idxal-ixrac əməliyyatları 48 faiz aşağı düşüb. Həmçinin ölkədə iri ticarət obyektləri, xidmət sahələri, iri bankların filialları ard-arda bağlanır. Bu halda adıçəkilən qurumların 2016-ci il üçün proqnozları yerinə yetirəcəyi inandırıcı görünmür. Zidiyyətlər də məhz bu səbəbdən baş qaldırıb. Yəni, istər bu məsələdə əsas gücün onların üzərinə düşəcəyinin fərqində olan məmurlar Samir Şərifovun fikirlərilə razı deyil. Çünki bu proses onların “vurulması” ilə nəticələnə bilər.

Artıq yazdıqlarımız təsdiqini tapmaqdadır. Elə dünən gömrük komitəsinin sədri Aydın Əliyev bəzi gömrük rüsumlarının artırılması təklifilə çıxış edib. Aydın Əliyev fərqindədir ki, rəşbərlik etdiyi qurum idxalın 70 faiz aşağı düşdüyü bir vaxtda öhdəliyi yerinə yetirə bilməyəcək. Bu halda “qara kassa”ya ehtiyac yaranacaq. Hökumət isə “qara kassa”ya, yəni zalqdan oğurlanan pullara dəymək niyyətində deyil. Deməli, yenə də büdcəni doldurmaq üçün xalqı yükləmək lazımdır. Bu açıqlama faktiki olaraq maliyyə naziri Samir Şərifova cavabdır. Böyük ehtimalla növbəti təklif vergilər naziri Fazil Məmmədovdan gələcək. O, da vergilərin artırılması təklifi ilə çıxış edə bilər./azadlıq/
940 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi