Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Fevral 2016

01 fevralda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 3-6°, gündüz isə 8-13° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8°, dağlıq ərazilərdə 9-14° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında da hava əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.

Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz olacaq. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6° isti, gündüz 9-14° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz olacaq. Cənub-qərb küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4-6° isti, gündüz 9-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.
1104 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:24