Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Fevral 2016

Bu gündən Kiçik çillə başlayıb

İnanclara görə, Böyük çillədən fərqli olaraq, Kiçik çillədə havalar daha soyuq keçir.

Xalq təqvimində qış 3 yerə bölünür: 40 gün davam edən Böyük çillə, 20 gün çəkən Kiçik çillə və Novruza qədər 30 günlük Boz ay. Bu təqvimlə dekabrın 21-dən yanvarın 30-dək Böyük çillə, yanvarın 31-dən fevralın 19-dək Kiçik çillə, fevralın 20-dən martın 20-dək Boz ay davam edir. Fevralın 20-dən Novruzun gəlişindən xəbər verən çərşənbələr başlayır.

Xalq inancında əksini tapan min illərlə aparılan müşahidələrə görə, bu 20 gündə havalar soyuyur, sərt şaxtalar başlayır. Kiçik çilləyə “qışın oğlan çağı” da deyirlər.

Həmişə sərt soyuğuna görə Kiçik çillə mifologiyada amansız, həyatı donduran, qorxulu bir qüvvə kimi təsvir olunur. Kiçik çillə 20 gün davam edir. Ondan sonra Boz ay başlayacaq. Boz ay isə Novruz bayramı ilə bitir. Yaşı min illərə çatan bu mərasim həm də insanları qışda keçən mülayim havaya aldanmamağa çağırır.
1154 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber