Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Fevral 2016

Rusiya Türkiyəni havadan izləyəcək

Rusiyaya məxsus An-30B tipli hərbi təyyarələr 1-5 fevral tarixlərində Türkiyə səmasında müşahidə uçuşları aparacaq.

Bu barədə ictimaiyyətə Rusiyanın Nüvə Təhlükəsinin Azaldılması Milli Mərkəzinin rəisi Sergey Rıjkov məlumat verib.

O, uçuşların “Açıq Səma” beynəlxalq razılaşmasına əsasən həyata keçirildiyini deyib.

Təyyarələrdə türk həmkarlarının rus pilotları müşayiət edəcəyi bildirilib.

Qeyd edək ki, 1992-ci ildə imzalanan “Açıq Səma” beynəlxalq razılaşması üzv dövlətlərə bir-birinin hava məkanında müşahidə uçuşları aparmağa imkan verir. Sözgedən uçuşlar zamanı razılaşmaya daxil olan üzv ölkələrin hərbi fəaliyyətlərinin şəffaflığı yoxlanılır./axar/
1011 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi