Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Fevral 2016

Mirvari Qəhrəmanlı "Günəşli" faciəsindən danışdı: "Günahkarlar çoxdur"

Beynəlxalq Mətbuat Mərkəzində Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı Azərbaycanın neft sektorunda əmək, iqtisadi və sosial hüquqlar üzrə qanunvericiliyin icra vəziyyətinin qiymətləndirilməsi ilə bağlı 2015-ci il üzrə hesabatlarını açıqlayıb.

Eyni zamanda, "Günəşli" yatağındakı qəza ilə bağlı qurum yekun rəyini cəmiyyətə təqdim edib. Tədbiri giriş sözü ilə qurumun sədri Mirvari Qəhrəmanlı açıb.

O, qısa olaraq, təşkilatın yaranması, son 20 ildə gördüyü işlər və 2015-ci il üzrə fəaliyyətlərini açıqladı. Hüquq müdafiəçisi təşkilatın əsas işlərindən birinin neft sektorundan gələn gəlirlərə ictimai nəzarəti həyata keçirmək olduğunu qeyd etdi və əmək qanunvericiliyini pozan qurumlar barədə rəy hazırladıqlarını bildirdi.

M.Qəhrəmanlı prezidentin sərəncamına məhəl qoymayan şirkətlərin olduğunu vurğulayaraq, onların sırasında "Qara Su OİL"-in adını çəkdi. Hüquq müdafiəçisi həmin şirkətin qanunsuz olaraq, işçiləri məzuniyyət adı altında ixtisar etdiyini bildirdi.

M.Qəhrəmanlı ixtisarların dövlət başçısını ciddi narahat etdiyini söylədi: "Bizimlə işləyən bütün mətbuat orqanlarına təşəkkür edirəm. Daim bizimlə birlikdə oldular. Hazırda qeyri-qanuni ixtisarlar həyata keçirilir. Ölkədə mövcud olan monopoliyanın qarşısı alınmalıdır. Ölkəmizdə əsasən, xarici şirkətlərin işinə şərait yaradırlar".

Təşkilat sədri "Günəşli" faciəsindən də danışdı: "Cəmiyyətə ilk xəbəri biz verdik. Komitə dövlət tərəfindən yaradıldı. Komitə sədri işini tam görə bilmir. Bilmirəm ki, o, hadisə yerinə necə gedəcək. Hadisə ilə bağlı İşçi Qrupu yaratdıq. Əlimizdən gələn işi gördük. Tam məlumat cəmiyətə açıqlanmadı. Biz o platformada kimlərin hadisə günü qala biləcəyi barədə faciənin səhərisi gün cəmiyyətə məlumat verdik. Özüm 25 il bu sahədə çalışmışam. Xoşbəxt Yusifzadə kimi 200-ə yaxın vəzifəli şəxs bu işə nəzarət etməli idi. Həmin gün bütün platformalara xəbər verilmişdi ki, 10 baldan yuxarı qasırğa olacaq.

İşçilər orada saxlanılmamalı idi. Bu hadisə üzrə günahkarlar çoxdur. Onlar cəzalandırılmalıdır. Bu faciədə əsas ziyan insan itkisidir. Aidiyyatı qurumların əksəriyyətinin rəhbərliyi faciə günlərində harada idilər? İtkin düşənlərlə bağlı təzadlı rəqəmlərin şahidi olduq.

Zərərçəkən insaların yaxınlarına qarşı qeyri-insanı rəftarın da şahidi olduq. "Azneft" İstehsalat Birliyinin rəhbərliyi bu məsələdə birbaşa məsuliyyət daşıyır. Qayığın keyfiyyətinə məndə şübhələr var. Çünki qayığın altı qopub və insanlar o şəkildə dənizə tökülüblər. Həmin qayıqlar sakit hava üçün nəzərdə tutulub, qasırğalı hava üçün yox... Təxliyə vaxtı məsuliyyətsiz iş olub. Nəticədə itkilər daha çox olub. Neft sektorunun ən çox itirdiyi insandır. Dövlət Komissiyasının işini mənfi qiymətləndirirəm. Rövnəq müəllimin günahı səriştəsiz insanları vəzifədə saxlamasıdır. Bu baxımdan məsuliyyət onun üzərindədir.

Hamı getdi, dənizə qərənfil atdı. Amma bəzi QHT-lər və aidiyyatı qurumların rəhbərləri poza verərək, şəkillər çəkdirdilər. Bizə dar gündə dəstək olan mətbuat orqanları, təşkilatlar var".

Mirvari xanım iş qabiliyyətini itirən işçilərin olacağını da qeyd etdi: "Bəxtiyar iş qabiliyyətini itirəcək".

Konfransda hazırda 19 nəfərin itkin sayıldığı və "Neft Daşları"nda itkin düşən üç neftçinin unudulduğu da bildirildi.

Mirvari Qəhrəmanlı axtarışlara da toxundu: "Fövqəladə Hallar Nazirliyi kifayət qədər texnikaya malik deyil. Bu barədə cəmiyyətə dolğun məlumat da verilmədi. Tapılan cəsədlər təsadüfüdür. Düşünürəm ki, axtarış getmir"./musavat/
953 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:37