Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Fevral 2016

"Karvan" sahibkarları icra hakimiyyətinə yürüş etməyə cəhd etdi

Ticarət Mərkəzinin direktoru Ağamirzə Əhədov müəyyən qədər güzəştə gedib

Fevralın 1-də Sumqayıt şəhərində "Karvan" Ticarət Mərkəzinin yüzdən çox sahibkarı İcra Hakimiyyətinin binasına doğru yürüş etməyə cəhd göstəriblər. Ancaq onların qarşısına polis və icra strukturlarının rəsmiləri çıxıb. Bundan sonra sahibkarlar ticarət mərkəzinin qarşısına toplaşıblar və onları icra başçısının birinci müavini Faiq Kərmov qarşılayıb.

Bu barədə hadisəni müşahidə edən Meydan TV-nin əməkdaşı bildirib ki, birinci müavin iri dükan sahibləriylə ayrılıqda danışacaqlarını söyləyib: "Qalan kiçik dükanlar, piştaxta işlədənlər və bazarda yer götürən meyvə-tərəvəz satanların gündəlik vergisi 50 faiz endiriləcək. Amma vergilərini özləri ödəyəcək, onlar 15 manat ödəyək. İri sahibkarlar isə aya 1200 manata qədər yer haqqı ödəyirlər. Onlarla razılıq hələ alınmır".

Əməkdaşımız bildirib ki, bununla mərkəz direktoru Ağamirzə Əhədovun müəyyən qədər güzəştə getdiyini düşünmək olar.
1083 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:41