Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Fevral 2016

İranın 100 milyarddan çox pulu qaytarılıb

İran nüvə proqramına görə xaricdə dondurulmuş 100 milyard dollardan çox aktivlərinin qaytarıldığını bildirir.

Hökumətin sözçüsü Məhəmməd Baqir Nobəxt fevralın 1-də bu vəsaitlərin əksəriyyətinin Çin, Hindistan, Yaponiya, Cənubi Koreya və Türkiyə banklarında olduğunu və hazırda buraxıldığını bildirib.

O qeyd edib ki, İran bu pullara xaricdən mal alacaq.

İran Mərkəzi Bankının rəsmisi Nasir Həkimi isə hazırda 9 İran bankının xarici əməliyyat və köçürmələrə açıq olduğunu deyir.

Qeyd edək ki, yanvarın 16-da İrana qarşı beynəlxalq sanksiyalar aradan qaldırılıb.

Tehran bundan sonra İtaliya və Fransa ilə çoxmilyardlıq sazişlər imzalayıb.

İrana qarşı sanksiyalar nüvə proqramına görə tətbiq edilmişdi.
779 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı