Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Fevral 2016

Rusiya: "Türkiyə təyyarələri vurulacaq"

Rusiya Türkiyə-Suriya sərhədində yeni uçuş qaydaları müəyyənləşdirib. Yeni qaydaya görə, Suriya hava məkanına daxil olan türk təyyarələri vurulacaq.

Bu barədə Küveytin “Ər-Rai” qəzeti məlumat yayıb.

Məlumata görə, Rusiya Suriya hava məkanına daxil olan türk təyyarələrinin dərhal vurulması əmrini verib.

Buna uyğun olaraq, Rusiya-Türkiyə arasında 1998-ci ildə imzalanmış Adana müqaviləsi ləğv edilib.

Rusiyanın Suriyanın Miq-29 təyyarələrini modernləşdirməsi də nəzərdə tutulub.

Bundan əlavə, xəbərdə Suriya ordusunun irəliləyişi nəticəsində cihadçı qruplaşmalar arasında ixtilafların başladığı da deyilib.

Digər tərəfdən, Suriya-Türkiyə sərhədinin bağlanılması da planlaşdırılır./axar/
1258 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.05.17, 09:37
YENƏ DƏ İNTİHAR
29.05.17, 09:21
YENƏ İNTİHAR
29.05.17, 09:08
Təqva qorxmaqdır?
27.05.17, 09:19
NÖVBƏTİ İNTİHAR
27.05.17, 09:17
YENƏ İNTİHAR
26.05.17, 11: