Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Fevral 2016

“WhatsApp” istifadəçilərinin sayı açıqlandı

“WhatsApp” istifadəçilərinin sayı 1 milyardı ötüb.

Bunu “Facebook” sosial şəbəkəsinin rəhbəri Mark Zukerberq bəyan edib.

O, bu münasibətlə özünün sosial şəbəkəsindəki səhifəsində “WhatsApp” messencerinin yaradıcıları Yan Kum və Brayan Ektonu təbrik edib.

Onun sözlərinə görə, “WhatsApp”-ın “Facebook” strukturuna daxil edilməsindən sonra messencerə abunəçilərin sayı ikiqat artıb.

“Dünyada cəmi bir neçə xidmət mövcuddur ki, 1 milyarddan çox insanı birləşdirir. Bu mərhələ bütün dünyanın birləşməsinə doğru mühüm addımdır”, deyə M.Zukerberq vurğulayıb.

Qeyd edək ki, “Facebook” sosial şəbəkəsi “WhatsApp”-ı 2014-cü ildə 19 milyard dollara alıb.
1393 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.12.17, 17:30
Avroliqada püşk atıldı