Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Fevral 2016

İstanbulda çayxana atəşə tutulub - 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Türkiyənin İstanbul şəhərində naməlum şəxslərin çayxananı atəşə tutması nəticəsində 2 nəfər ölüb, 4 nəfərsə yaralanıb.

“Habertürk”ün verdiyi məlumata görə, üzlərinə maska taxmış iki nəfər gecə saatlarında çayxanaya yaxınlaşaraq, odlu silahlarla atəşə tutublar. Çayxananı güllə-baran edən naməlum şəxslər daha sonra hadisə yerindən qaçıblar. Həmin vaxt orada olan iki kişi aldığı güllə yarasından hadisə yerində ölüb. Xəsarət almış 4 nəfərsə xəstəxanaya çatdırılıb.

Hadisədən sonra ərazidə əməliyyat-axtarış tədbirlərinə başlanıb. İlkin ehtimala görə, hadisəni terrorçular törədiblər.
1035 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber