Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Fevral 2016

Bakıda kütləvi dava

Fevralın 1-dən 2-nə keçən gecə Sabunçu rayonu ərazisində yerləşən “Emin” kafesində qanlı dava olub.

Sabunçu Rayon Polis İdarəsindən virtualaz-a verilən məlumata görə, gecə saat 00.59-da 102 xidmətinə İlham Bəykişi oğlu Məmmədov soyadlı bir nəfər zəng edərək bildirib ki, adıçəkilən kafenin işçiləri ona bıçaqla hücum ediblər.

Sabunçu RPİ-nin 5 nəfər əməkdaşı dərhal hadisə yerinə yollanıb. Amma kafedə polislərlə müştərilər arasında əvvəlcə mübahisə, sonra isə dava düşüb. Nəticədə üç polis əməkdaşı müxtəlif dərəcəli bıçaq xəsarətləri alıb. Onların hər üçü 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Buna baxmayaraq, polisə hücum edənləri yaxalamaq mümkün olub. Onlar Beyləqan sakinləri - əvvəllər məhkum olunmuş və polisə zəng etmiş, 1986-cı il təvəllüdlü İlham Məmmədov, 1987-ci il təvəllüdlü Dəyanət Muradov və 1986-cı il təvəllüdlü Ceyhun Məlikovdur.
1780 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP