Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Fevral 2016

Messi 5 yaşlı əfqanı İspaniyaya dəvət etdi - FOTO

Ulduz futbolçu Lionel Messi, sellofandan hazırlanan "Messi forması" ilə gündəmə oturan 5 yaşlı əfqanıstanlı uşağı və ailəsini İspaniyaya dəvət edib.

Əfqanıstan Futbol Federasiyasından Messi pərəstişkarı olan əfqanıstanlı Murtaza adlı uşağın, "Barcelona" futbol klubu tərəfindən ölkəyə dəvət edildiyi bildirilib. Sellofandan Messi forması hazırlayan bir çox uşağın ailəsi, yayılan şəkildəkinin öz oğulları olduğunu iddia etsə də, Messinin öz "Twitter" hesabında paylaşdığı uşağın əfqanıstanlı olduğu məlum olub. 5 yaşlı uşağın qardaşı Haman, şəklin 45 gün əvvəl Əfqanıstanın Cogori bölgəsində çəkildiyini bildirib: "Qardaşım futbolu çox sevir və bir Messi pərəstişkarıdır. Ona forma ala bilmədik və belə bir üsula əl atdıq. Sellofanın üzərinə Messi yazıb ona geyindirdik. Çox xoşbəxt oldu"

5 yaşlı Murtuza isə futbolçu olmaq istədiyini bildirib.

Qeyd edək ki, bir müddət öncə məşhur media qurumlarında həmin uşağın İraqda yaşadığı ilə bağlı xəbərlər yayılmışdı. Lakin bir neçə gün sonra məlum olmuşdu ki, iraqlı Humer Ali yalan danışıb və fotodakı uşaq o deyil./bizimyol/



1245 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber