Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2016

Bakıda deputatın seyfindən 120 min dollar oğurladılar

Bakının Nərimanov rayonunda mənzildən böyük məbləğdə pul aparılıb. Paytaxt sakininin evində olan seyfin içərisindəki 120 min dollar oğurlanıb.

Bu barədə virtualaz-a Nərimanov Rayon Polis İdarəsindən məlumat verilib.

Polisdən onu da bildiriblər ki, oğurlanan pulun sahibi hazırda Milli Məclisdə təmsil olunan deputatlardan biridir. Lakin deputatın adı açıqlanmayıb.

Yeri gəlmişkən, polisə bu barədə ərizəni A.Əlizadə küçəsində yaşayan 1980-ci il təvəllüdlü Bakı sakini Elmir Mehdiyev yazıb. O, ərizəsində onu da qeyd edib ki, hadisə 25 dekabr-1 fevral rarixləri arasında baş verib və seyf sındırılmayıb, açarla açılıb.

Əməliyyat-istintaq qrupu hazırda Mehdiyevin qohumları və yaxınları ətrafında təhqiqat aparır. Ehtimal olunur ki, oğurluqda zərərçəkənə yaxın şəxslərdən kiminsə və ya kimlərinsə əli var.
877 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı