Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2016

«Audi Q7» sürən bağça müdirinin əri (yağlı yerdə) məmur imiş

Binəqədi ƏSMM-in direktoru olan Yusif Xəlilov bahalı maşını Venera Xəlilovanın ad gününə hədiyyə edib

Ötən günlərdə 151 saylı uşaq baxçasında baş vermiş özbaşınalıqla bağlı məlumat vermişdik. Bildirmişdik ki, bağçanın müdirəsi Venera Xəlilova uşağı bağçaya qəbul etmək üçün əvvəlcədən 500 manat, hər ay isə 100 manat tələb edir.

Binəqədi sakini Samirə Qurbanova da bu məlumatı təsdiq edərək bildirmişdi ki, xanım Xəlilovanın dövlət uşaq bağçasına rəhbərlik etməsinə baxmayaraq, orada hər şey özəl uşaq bağçalarında olduğu kimidir.

Bundan əlavə, Venera Xəlilovanın 100 min manatlıq «Audi Q7» markalı avtomobil sürdüyü də verilən məlumatlar sırasındaydı. Sual olunurdu ki, 250 manat əmək haqqı ilə belə bahalı maşını almaq qeyri-mümkün olduğu halda, sözügedən şəxs həmin imkanı nexə əldə edib?

Araşdırması nəticəsində bu sualın artıq cavabı tapılıb. Amma sualın cavabına keçməzdən əvvəl 151 saylı uşaq bağçasında baş verən digər neqativ hallarla bağlı məlumat verək. Redaksiyamıza müraciət edən valideynlərdən bir neçəsi bildirib ki, həqiqətən də Venera Xəlilova uşağı bağçaya qəbul etdirmək üçün əvvəlcədən 500 manat, ayda isə 100 manat alır. Bundan başqa, bağçadakı hər müəlliməyə 30 manat da verilməlidir. Texniki işçilərə aylıq 10 manatın ödənilməsi isə adi hallardan sayılır. Valideynlər belə düşünürlər ki, bu pulların alınmasının səbəbkarı elə bağça müdirəsidir. Çünki onun da bu ödənişlərdə marağı var.

İndi isə qayıdaq yuxarıda qoyulan sualın cavabına. Aydın məsələdir ki, 250-300 manat maaşla dəyəri 100 min manat olan maşın almaq mümkün deyil. Bu əmək haqqı «Audi Q7» markalı avtomobilin bir aylıq bezin puluna belə çatmaz. İşin maraqlı tərəfi isə başqadır.

Əldə edilən məlumatlara görə, Venera Xəlilovanın həyat yoldaşı da imkansız şəxs deyil və dövlət məmurudur. Belə ki, bağça müdirəsinin həyat yoldaşı Yusif Xəlilov Binəqədi rayon Sosial Müdafiə Mərkəzinin direktoru vəzifəsində çalışır. Həmin bahalı maşını da həyat yoldaşı onun üçün ad günü hədiyyəsi olaraq aldığı deyilir. Bu zaman başqa bir sual yaranır: SMM rəhbərinin maaşı nə qədərdir ki, belə bahalı maşın almağa maddi imkanı çatır?/jam/
832 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:23