Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2016

Kral: “Artıq öhdəsindən gələ bilmirik”

Əgər Avropa Birliyi İordaniyaya Suriya qaçqınlarının qəbul edilməsi məsələsində yardım etməsə, Əmman bu miqrasiya böhranının öhdəsindən gələ bilməyəcək.

Bunu jurnalistlərə açıqlamasında İordaniya kralı II Abdulla söyləyib. Onun sözlərinə görə, miqrasiya böhranı İordaniya iqtisadiyyatına böyük təzyiq edir:

“Əgər belə davam etsə, biz qaçqınların qəbulunu dayandırmalı olacağıq. Artıq hər şey kulminasiya nöqtəsinə çatıb. İordaniyanın dövlət büdcəsinin 25%-i məhz qaçqınların saxlanılması üçün xərclənir”.

Qeyd edək ki, BMT-nin son hesabatına əsasən, keçən il 4,6 milyon Suriya qaçqınından 635 mini İordaniyaya pənah aparıb./axar/
1565 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.05.18, 08:56
ABŞ-da növbəti atışma
22.05.18, 08:58
Naxçıvan silkələndi
Go to TOP