Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Dekabr 2013

Sədərək Gömrük Məntəqəsinin rəisi Türkiyədə həbs olundu

Mirməhəmməd Seyidov rüşvət və qaçaqmalçılıq əməliyyatı çərçivəsində saxlanılıb

Hadisə Sədərək Gömrük Məntəqəsinin rəisi Mirməhəmməd Seyidov Türkiyədə həbs olunub. Ans-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Mirməhəmməd Seyidov rüşvət və qaçaqmalçılıq əməliyyatı çərçivəsində saxlanılıb.

Belə ki, dünən Qarsa gedən Mirməhəmməd Seyidov təyyarədən düşən kimi Türkiyənin Mütəşəkkili Cinayatələrə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub. Qarsdan İqdıra gətirilən Seyidov xəstəxanada müayinədən keçiriləndən sonra idarəyə aparılıb.

Azərbaycanın İqdırdakı konsulu Asiman Əliyev bu idarəyə gəlib.

Türkiyə ilə Naxçıvan arasındakı Dilucu Sərhəd Məntəqəsində 280 polisin apardığı əməliyyatda 1-i qadın olmaqla 7 gömrük əməkdaşı saxlanılıb. Əməliyyatda həmçinin 10 nəqliyyat şirkətinin sahibi də həbs olunub. Hazırda əməliyyatla bağlı araşdırmalar başlanılıb.
1817 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
Go to TOP