Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2016

Bir gündə iki məhbus öldü

Bir məhbus Qobustan həbsxanasında intihar edib, digəri isə 10 saylı cəzaçəkmə müəssisəsində dünyasını dəyişib

Azərbaycanda cəzaçəkmə yerlərində bir gündə iki ölüm hadisəsi qeydə alınıb. Ölüm halları ayrı–ayrı müəssisələrdə baş verib.

“Azadlıq“a daxil olan məlumata görə, Qobustandakı qapalı həbsxanada saxlanılan məhkumlardan biri intihar edib. Məlumatda məhbusun adı göstərilməsə də, onun ömürlük azadlıqdan məhrum edildiyi, Qobustan həbsxanasına da bir müddət əvvəl göndərildiyi bildirilir. Məhbusun hansı səbəbdən özünü öldürdüyü hələlik məlum deyil.


Digər ölüm hadisəsi isə 10 saylı cəzaçəkmə müəssisəsində baş verib. Orada saxlanılan məhbuslardan biri dünyasını dəyişib. Bu ölümün də səbəbi barədə heç bir məlumat yoxdur.

“Azadlıq“a daxil olan məlumatı dəqiqləşdirmək üçün Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yaşar İsakovla əlaqə saxlama cəhd göstərdik. Lakin Yaşar İsakov telefon zənglərini cavablandırmadı.
941 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22