Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2016

"Gilan İnşaat”-ın işçiləri məvaciblərini istəyir

“Noyabrdan bəri evimizə çörək apara bilmirik”

Noyabrdan bəri “Gilan İnşaat” MMC-də çalışıb, əmək haqqı ala bilməyən işçilər Mərkəzi Gömrük Hospitalının yanındakı baş ofisin qarşısına toplaşıblar. Onlar 3 aylıq əmək haqlarını tələb edirlər.

“Noyabrdan bu yana əmək haqqımızı ala bilmirik. Gəlmişik “Gilan İnşaat” MMC-nin ofisinə, burda da üzümüzə baxan yoxdur. 3 aydır bizi get-gələ salıblar. Gah deyirlər, maaş 1 həftəyə, gah deyirlər, 2 günə olacaq. İndi də deyirlər: “Gedin, birinci gün alacaqsınız”. Bilmirik kimə, nəyə inanaq. Noyabrdan bəri evimizə çörək apara bilmirik”, – deyir “Gilan İnşaat” MMC-nin inşa etdiyi binalardan birində təmir-tikinti işləri görən Əhməd İsayev.


“Biz demirik ki, siqareti, ərzağı niyə bahalaşdırmısınız?”

Daha bir işçi Nüsrət Zeynalov isə deyir ki, biz dövlətdən, şirkətdən əlavə heç nə tələb etmirik. Yol bağlamırıq, mitinqə çıxmırıq, halalca əmək haqqımızı tələb edirik: “Onu da vermirlər. Biz demirik ki, siqareti, ərzağı niyə bahalaşdırmısınız? Deyirik ki, əmək haqqımızı verin də. Hamımızın min cür problemimiz var. Pulumuzu versinlər, gedək kreditimizi bağlayaq, evimizə çörək aparaq, övladlarımızın ehtiyacını alaq. İndiki dövrdə 3 ay əmək haqqı almamaq nə deməkdir bilirsiz?”

“Bu dövlətin sahibi varsa, bunu yerdə qoymaz”

Əmək haqqı ala bilməyən 50-60 nəfər şikayətçi var. Deyirlər, hamımızın evində uşağı var, dolana bilmirik: “Gəlmişik şikayətimizi şirkət rəhbərliyinə bildirməyə. Bizə deyirlər: “Birinci günə qədər gözləyin. Əgər alınmasa, gedərsiz baş ofisə”. Heç bizimlə işləmək istəyəndə baş ofisə göndərmirdilər. İndi nə oldu? Noyabrdan bu yana aldadırlar bizi. Bu dövlətin sahibi varsa, bunu yerdə qoymaz”, – deyir Nüsrət Zeynalov.

Məsələyə münasibət öyrənmək üçün “Gilan Holding MMC”, “Gilan İnşaat MMC” ilə əlaqə saxlamaq mümkün olmadı./meydan.tv/
908 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16