Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2016

Türkiyədə neft emalı zavodu yanır

Türkiyənin Kocaeli şəhərinin Körfəz mahalında yerləşən “Tüpraş İzmit neft emalı zavodu”nda yanğın baş verib.

Yerli vaxtla 17:00 radələrində başlayan yanğın yanğınsöndürənlərin müdaxiləsindən sonra nəzarətə alınıb.

Yanğına səbəb kimi avadanlıqlarda baş verən nasazlıq göstərilir.

Qeyd edək ki, "Tüpraş" (Türkiye Petrol Rafinerileri A.Ş.) şirkətinin Kocaeli, Kırıkkale, Əliağa və Batmanda neft emalı zavodları mövcuddur.
961 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber