Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2016

ABŞ-ı qorxuya salan S-500

Rusiyanın sınaqdan keçirməyə başladığı S-500 hava hücumundan müdafiə sistemləri ABŞ-ı qorxudur.

Bu barədə ABŞ-ın “Nəşnl İnterest” jurnalı yazıb.

Jurnal Rusiyanın yeni silahının ABŞ-ın radarda görünməyən bombardmançılarını məhv etmək qabiliyyətinə malik olduğunu qeyd edib:

“S-500 Rusiyanın Suriyada istifadə etdiyi S-400-dən daha güclüdür. Rus ordusunun invertarına qəbul edəcəyi S-500 təxminən 600 km mənzilə sahibdir və 185 km yüksəklikdəki hədəfləri vura biləcək. S-500 uzaq məsafələrdəki hədəfləri müəyyən etmək üçün 91N6A (M), 96L6-TSP və 76T6 kimi radar sistemləri ilə təchiz olunub. Artıq Pentaqon rəsmiləri F-22, F-35 və B-2 (hər biri radardan yayınmaq qabiliyyətinə malikdir – red.) kimi bombardmançıların S-500-dən yayına bilməyəcəyini düşünür və narahat olmağa başlayıblar. Rusiyanın müdafiə sənayesi SSRİ-nin dağılmasından sonra böyük itkilər verdi. Lakin Moskva müasir texnologiyaya malik hava hücumundan müdafiə sistemləri istehsal edə bildi”.

Qeyd edək ki, Rusiya S-500-ləri 2017-ci ildə hərbi invertarına daxil etməyi planlaşdırır.
657 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP