Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Dekabr 2013

Qaz təchizatından saz və az yararlananlar

İş adamlarına qanunsuz yaradılan şərait digər istehlakçıların narazılığına səbəb olub

İmişli rayonunun qaz təchizatında olan neqativ hallarla bağlı yerli mənbələrdn infom.az-a məlumat daxil olub.

Bildirilir ki, rayonda fəaliyyət göstərən, qida məhsulları istehsal edən obyektlər maye qazdan normal istifadə edə bilmələri üçün qaz xətlərinə müdaxilə edib, kustar üsüllarla hazırlanmış qaz sovuran apartalar quraşdırıblar: “Belə apartalar əsasən çörək və bu kateqoriyadan olan məmulatlar istehsal edən obyeklərdə üstünlük təşkil edir. Nəticədə də həmin qaz borusun xətti üzərində yerləşən abonentlərin evlərinə verilən qazın təzyiqi zəifləyir, bəzi hallarda saatlarla kəsilməsinə səbəb olur.”

Mənbə deyilənlərin təsdiqi üçün çörək sexlərinin birində istifadə olunan qaz sovuran aparatın şəklini də çəkərək redaksiyamıza göndərib. Məlumatda idda olunur ki, baş verənlərdən İmişli rayon Qaz İstismar İdarəsinin rəisi Mehman Osmanov xəbərdardır, əlavə qazanc əldə etdiyi üçün buna göz yumur.

Lakn bizimlə söhbətdə idarə rəisi bunu inkar etdi: “Qaz xətlərinə siz deyən şəkildə müdaxilə ola bilməz, varsa da bizim ondan hələlik xəbərimiz yoxur.” Mehman Osmanov digər suallarımızı, o cümlədən təbii qazın verilişində tez-tez yaranan fasilələrin səbəbini cavablandırmaqdan imtina etdi: “Bizim mətbuatın sorğularını birbaşa cavablandırmaq səlahiyətimiz yoxdur, “Azəriqaz”ın mətbuat xidməti ilə əlaqə saxlayın.
1593 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber