Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2016

Putin: Rusiya-İran əlaqələri stratejidir

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti çərşənbə günü Rusiya prezidenti ilə görüşüb, ikitərəfli əlaqələr və regional əməkdaşlıqlar barədə danışıqlar aparıb.

İRNA-nın məlumatına görə, Rusiya prezidenti Vladimir Putin bu görüşdə Moskva-Tehran strateji əlaqələrinin genişlənməsindən razılıq edib və deyib: İki ölkə əlaqələrinin bütün sahələrə genişləndirilməsi zəruridir.

Vilayəti də bu görüşdə İslam İnqilabının Böyük Rəhbərinin şərq və Rusiya ilə əlaqələrin inkişaf etdirilməsi məsələsi ilə bağlı baxışlarını açıqlayıb və deyib: İran İslam Respublikası və Rusiya strateji əlaqələrin qurulması yolunda addımlayırlar və bu yol regionda və dünyada sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə kömək edə bilər.

Rusiyanın Strateji Araşdırmalar Mərkəzinin dəvəti ilə Moskvaya səfər edən Vilayəti "Yeni geosiyasi şəraitdə İran-Rusiya əlaqələri" konfransında iştirak etməklə yanaşı, Rusiyanın yüksək səviyyəli rəsmiləri o cümlədən Rusiya prezidentinin köməkçisi, Rusiya Milli Təhlükəsizlik Şurasının katibi, Rusiya Dövlət Dumasının sədri və Beynəlxalq Məsələlər Komitəsinin üzvləri və bir sıra digər dövlət rəsmiləri ilə görüşüb, ikitərəfli əlaqələr habelə, regional və beynəlxalq məsələlər barədə onlarla danışıqlar aparıb./azeri.sahartv/
855 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:19