Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2016

30 metrlik asteroid Yerə yaxınlaşır – Kosmik agentlikdən xəbərdarlıq

30 metrlik asteroid Yerə yaxınlaşır – Kosmik agentlikdən xəbərdarlıq
NASA Yür kürəsinə yaxınlaşan daha bir asteroid barədə məlumat yayıb.

Amerika kosmik agentliyinin saytı xəbər verir ki, +2013 TX68 asteroidi 30 metrdir və Yerə martın 5-də yaxınlaşacaq.

Məlumata görə, asteroid 2013-cü ilin martında Rusiya Federasiyasının Çelyabinsk vilayəti üzərində partlayan meteoritlə eyni xüsusiyyətlərə malikdir. Martın 5-də +2013 TX68 asteroidi Yer kürəsinə 17 min kilometr məsafədə yaxınlaşacaq. O, planetin yaxınlığından bir də 2017-ci ilin sentyabrında keçəcək. Asteroid 2046 və 2097-ci illərdə də Yer kürəsinə yaxınlaşacaq, amma o zaman onun orbiti planetdən kifayət qədər aralı olacaq.

Xatırladaq ki, Çelyabinsk meteoriti 2013-cü il fevralın 15-də Ural üzərindən keçərək Çebarkul gölünə düşüb. Onun diametrinin 17 metr olduğu ehtimal edilir. Atmosferdəki partlayış və meteorit yağışı nəticəsində 1500-dən çox insan xəsarət alıb. Yaralıların əksəriyyəti şüşələrin sınması nəticəsində xəsarət alıb./aznyus/
810 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 12:34