Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2016

Bu gün xərçəngə qarşı ümumdünya mübarizə günüdür

Bu gün xərçəngə qarşı ümumdünya mübarizə günüdür.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il dünyada 10 milyona yaxın adam xərçəng xəstəliyindən ölür.
Bütövlükdə dünyada ölüm hallarının 20 faizi xərçəngin payına düşür. Hər il 2,5 milyon adamda onkoloji xəstəlik aşkar edilir. Onkoloji ölümün başlıca səbəbi ağciyər xərçəngidir.
Təşkilat xərçəng xəstəliyinin Avropa regionunda ölüm hallarının əsas səbəblərindən biri olduğunu, yalnız ürək-damar xəstəliklərindən geri qaldığını bildirib. Amma Avropada onkoloji xəstəliklərin sayı ilbəil artsa da, xəstəlikdən ölüm hallarının səviyyəsi azalır.
ÜST ekspertləri hesab edirlər ki, dünyada xərçəng xəstəliklərinin 30 faizindən çoxunun qarşısını almaq olar. Bunun üçün sağlam həyat tərzinə üstünlük vermək vacibdir.
Təşkilat dünya dövlətlərini bu təhlükəli xəstəliyin profilaktikası tədbirlərini gücləndirməyə, xərçəng xəstələrinin həyat səviyyəsini yüksəltməyə çağırıb.
817 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı