Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2016

Rusiya: “ABŞ-a yalvarmayacağıq”

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ABŞ-ı praqmatik davranmağa çağırıb.

İtaliya mətbuatına danışan rusiyalı diplomat Moskvanın əməkdaşlıq təklifinin “güzəştə getmək” anlamına gəlmədiyini bildirib.

“Tarix ölkələrimizin əməkdaşlıq edə bildiyini göstərib. Moskva və Vaşinqton beynəlxalq terrorla mübarizə məsələlərində həmfikirdir. Vladimir Putin dəfələrlə qarşıdurma arxasınca qaçmadığımızı, ABŞ ilə əməkdaşlığa hazır olduğumuzu deyib. Ancaq bu, Rusiyanın dost olmaq üçün ABŞ-a yalvaracağı və ya prioritetlərini dəyişdirib Vaşinqtonun təcavüzkar hərəkətlərinə göz yumacağı mənasını vermir”, - Lavrov qeyd edib.
651 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP