Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2016

Avropa Məhkəməsinin qərarı ilə Hilal Məmmədova kompensasiya ödənəcək

Fevralın 4-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) «Tolışi sədo» qəzetinin redaktoru Hilal Məmmədovun şikayəti üzrə qərarını açıqlayıb. AİHM H.Məmmədovun Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi (işgəncələrin qadağan edilməsi) ilə zəmanət verilmiş hüquqlarının pozulduğunu tanıyıb. Qərarda qeyd olunur ki, 2012-ci ilin iyununda həbs edilmiş H.Məmmədov saxlanılan zaman polis və mülkigeyimli şəxslərin zorakılığına məruz qalıb. Onlar H.Məmmədovun etnik mənsubiyyətini təhqir ediblər. Məhkəmə qərara alıb ki, 3-cü maddə H.Məmmədovla bağlı iki dəfə pozulub. Belə ki, o, işgəncələrə məruz qalıb və onun şikayəti araşdırılmayıb. Məhkəmə mənəvi zərərə görə H.Məmmədova 13 min avro həcmində kompensasiya və məhkəmə xərclərinə görə 2 min 500 avro ödənilməsi barədə qərar çıxarıb. H.Məmmədov 2013-cü il sentyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində 5 il azadlıqdan məhrum edilib. O, narkotik maddə alveri, dövlətə xəyanət və milli ədavətin qızışdırılmasında ittiham olunub. «Amnesty International» H.Məmmədov «vicdan məhbusu» kimi tanıyıb./azadliq.org/
619 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP