Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2016

Rusiyada azərbaycanlı güllələnərək öldürüldü

Dünən axşam yerli vaxtla saat 23:10-da Rusiyanın Leninqrad vilayətinin Tosno rayonunda naməlum şəxslər tərəfindən qara rəngli “Mercedes-Benz” markalı avtomobilin sürücüsü, 42 yaşlı azərbaycanlı güllələnərək öldürülüb.

Rusiya mətbuatı hüquq-mühafizə orqanlarına istinadən bildirirlər ki, Yam-İjora qəsəbəsindəki “Arqo” kafesinin yaxınlığında Ulyanovsk şəhərində qeydiyyatda olan, adı açıqlanmayan azərbaycanlı kişi naməlum şəxslərin “Chevrolet Lacetti” avtomobilindən aşdığı atəş nəticəsində həlak olub.

“Mercedes” maşınına tərəf ən azı 10 güllənin atıldığı xəbər verilir. Mənbə bildirir ki, öldürülmüş azərbaycanlının tərəvəz təchizatı ilə bağlı bizneslə məşğul olması güman edilir./reaksiya/
676 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 12:12