Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2016

''Dünyanın ən korrupsioner iki ölkəsi yardım sorağında''

Azərbaycanda demokratiya fəalları etiraz aksiyası keçirir. 12 oktyabr, 2013.

Azərbaycanda demokratiya fəalları etiraz aksiyası keçirir. 12 oktyabr, 2013.

Korrupsiya indeksinə görə Azərbaycan korrupsiyalaşmış 168 ölkə arasında 119-cu, Nigeriya isə 136-cı yeri tutur.

Quartz online dərgisində məqalə ilə çıxış edən Steve LeVine yazır ki, Dünya Bankı dünyanın ən korrupsioner iki ölkəsinə yardım göstərir. Neft qiymətlərinin son 19 ayda düşməkdə davam etməsi qlobal enerji sektoruna baha başa gəlir. Hazırda beynəlxalq banklar Azərbaycan və Nigeriyaya yardım əlini uzadıb. Azərbaycan Beynəlxalq Valyuta Fondu ilə 4 milyard, Dünya Bankı və Afrikanın İnkişaf Bankı isə Nigeriyaya 3.5 milyard dollarlıq kredit verilməsinə dair müzakirələr aparır.

Transparency International-ın yanvar ayında açıqladığı korrupsiya indeksinə görə Azərbaycan korrupsiyalaşmış 168 ölkə arasında 119-cu, Nigeriya isə 136-cı yeri tutur.

Neft qiymətlərinin kəskin ucuzlaşması ilə iqtiadiyyatları əsasən neftdən asılı olan bir çox ölkələr dərin iqtisadi böhranla üzləşirlər. Azərbaycan və Nigeriyadan fərqli olaraq Venesuela və Səudiyyə Ərəbistanının Qərbə yardım üçün üz tutacaqları gözlənilmir.

Demokratik səsvermədə seçilmiş və hazırda ölkədə korrupsiyaya qarşı mübarizə aparan Nigeriya prezidenti Conatan Qudlakdan fərqli olaraq, Azərbaycanın avtokratik prezidenti İlham Əliyev hakimiyyətini daha da möhkəmləndirir və onun kleptokratik şəbəkəsi maneəsiz hakimiyyət sürdürür./meydan.tv/
673 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı