Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2016

Gömrükdən gizlədilən yükün altından sabirabadlı məmur çıxdı

Dünən xəbər yayıldı ki, Şirvan Gömrük İdarəsinin Gömrük Sahəsində Hüquqpozmalara qarşı mübarizə şöbəsinə Rusiya Federasiyasından gələn və Azərbaycan ərazisindən keçməklə İrana aparılacağı qeyd edilən taxta yüklü vaqonların Sabirabad rayonunda fəaliyyət göstərən sahibkarlardan birinə satılması barədə məlumat daxil olub.

Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, aparılan araşdırma zamanı məlum olub ki, 2015-ci il dekabr ayının 30-da və 2016-ci il yanvar ayının 12-də Azərbaycan ərazisinə daxil olan 2 ədəd vaqondakı taxta yükünün "Tikinti Təminat" Ltd MMC tərəfindən tranzit gömrük proseduru altında İran İslam Respublikasına aparılacağı bildirilsə də, vaqonlar Sabirabad rayonu ərazisindəki "Sabir" dəmiryol stansiyasında qeyri-qanuni olaraq boşaldılıb.

Gömrükçülər onu da müəyyənləşdiriblər ki, vaqonlardan boşaldılan taxta Sabirabad rayonu ərazisində tikinti materiallarının topdan və pərakəndə satışı ilə məşğul olan Əkbərov Rahib Ağamusa oğluna 14 800 $ qarşılığında satılıb.

Araşdırma zamanı o da məlum olub ki, gömrük ödənişlərindən külli miqdarda yayınmaqla vaqonlardakı 202 kubmetr taxtanın 50 kubmetri sahibkar tərəfindən artıq realizə olunub.

Artıq həmin yükün əslində kimə məxsus olduğu bəlli olub. Belə ki, xəbər verən qaynağın iddialarına görə, Rahib Əkbərov Sabirabad rayon maliyyə idarəsinin rəisi Hüseynağa Gülüşovun bacısı oğludur.

Qeyd edək ki, H.Gülüşov rayonda oliqarx kimi tanınır. Onun bacısı oğlu Rahib Əkbərovun isə müstəqil biznesi yoxdur və bacıoğlu elə maliyyə müdiri olan dayısının biznesini idarə edir. Məlumatlara görə Rahib Əkbərovun İrana gedən malı Sabirabadda ala bilməsinə də elə dayısı köməklik edib.

Hər halda Sabirabad boyda rayonun maliyyə işlərini yürüdən bir məmurun dövlətə necə fırıldaq gələ bildiyi heyrətləndirici deyil. Ən azından adam illərdir postunu qoruyur, amma yenə də Sabirabadda dövlət pulları təyinatı üzərə xərclənmir. Gülüşov ənənəvi "istedadını" bu dəfə gömrükdə sınaqdan çıxarsa da, sona qədər istəyinə nail ola bilməyib./dia/
756 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
02.12.16, 23:50