Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2016

05 fevralda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Fevralın 05-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 11-16 dərəcə isti, bəzi yerlərdə 19 dərəcəyədək isti, Bakıda gecə 4-6, gündüz 14-16 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 769 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Fevralın 05-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 12-17, bəzi yerlərdə 20 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 5-8 dərəcə şaxta, gündüz 7-12, bəzi yerlərdə 15 dərəcə isti olacaq.
786 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı