Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2016

Hökumət bankları niyə məhv edir?

AXCP sədri Əli Kərimli hökumətin səhv qərarlarla ölkədə bank sektorunu məhv etməsindən yazıb. AXCP lideri feysbuk səhifəsində paylaşdığı yazıdq qeyd edir:

Bacarıqsızlıqdan və acgözlükdən bank sistemini məhv edirlər. Bankların bağlanması bilirsiniz nə deməkdir? 10 minlərlə (proses davam etsə, 100 minlərdən söhbət gedəcək) insanın dövlətə güvənib, banklara qoyduğu əmanətlər batırılır, daha doğrusu dələduzluq yolu ilə ələ keçirilir. İqtisadiyyatı sərmayədən, kreditdən məhrum edirlər. Bütün bunları görən xalq digər banklara etimad göstərərmi? Aydındır ki, insanlar nəinki banklara daha pul qoymayacaq, tam əksinə, əmanətlərini banklardan geri çəkəcəklər. Bəs niyə bu kobud səhvi edirlər? Əvvəla, ölkəni yox, şəxsi ciblərini düşündüklərindən, bank sistemindəki rəqibləri sıradan çıxarırlar. İkincisi, verdikləri qərarların nəticələrini tam da başa düşmürlər. Başa düşmürlər ki, bank sisteminə etimad bərpa olunmasa, manatın daha da ucuzlaşmasını, dollar ajiotajını dayandırmaq mümkün olmayacaq.
635 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı