Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2016

İran dünyanın on qüdrətli orduya malik ölkələri sırasında! - Foto

İngiltərənin Ekspres qəzeti son nəşrlərindən birində heç vaxt “Hər hansı döyüş və münaqişəyə girməyə məsləhət görülməyən dünyanın on qüdrətli orduya malik ölkəsi” başlığı ilə dərc etdiyi məqaləsində İranı səkkizinci qüdrətli orduya malik ölkə kimi qeyd edib. Ekspres sonra müharibə baş verdiyi surətdə onlardan hazırlıq və operativliyi baxımından hansı birinin daha aktivliyi barədə sual yürüdərək məsələyə izah verməyə çalışıb.
O, bu ölkələr sırasında İranı səkkizinci yerdə qeyd edərək onun intihari əməliyyatlarda mühüm rola malik sərnişinsiz hərbi təyyarələrin istehsalı texnologiyasında böyük nailiyyətlər əldə etdiyini bildirib. Xəbərdə qeyd edilir ki, hal-hazırda İran ordusu 534000 hərbiçini ehtiva edir.
Ekspres vurğuladığı tərtiblə Çini 2.285.000 hərbiçi ilə birinci yerdə sadalayaraq ardınca 1.431.000 hərbiçisi olan Amerikanı, 1.325.000 hərbiçisi olan Hindistanı, 1.190.000 hərbiçisi olan Şimali Koreyanı, 768.500 hərbiçisi olan Rusiyanı, 630.400 hərbiçisi olan Pakistanı, 630.000 hərbiçisi olan Cənubi Koreyanı, 534.000 hərbiçisi olan İranı, 510.600 hərbiçisi olan Türkiyəni və sonda 482.000  hərbiçisi olan Vyetnamı qeyd edib.
Bundan bir müddət əvvəl British Forsnews portalı da, “İranın hərbi hazırlığı barədə bilinməsi lazım görülən informasiya” başlığı altında İranın hərbi potensialına toxunaraq onun 523000 hərbiçiyə malik olduğunu vurğulamaqla Sepah korpusunun qüvvələrini də, həmin saya əlavə etmişdi. Portalın qeyd etdiyinə görə, hal-hazırda dünyanın 20% yanacağının təmin edildiyi “Hörmüz” boğazında İranın “Qədir” sualtı hərbi gəmilərinin fəaliyyəti böyük təhdid sayılır. Həmçinin İran 2000-dən ta 2500 km məsafəni qət edə bilən “Siccil” ballistik raketləri bazalarına malikdir…

Nuraz.in/farsnews













822 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 18:22