Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2016

İlham Əliyev xalqdan gizlənməməlidir...

Hakimiyyətə gəldiyi gündən bir dəfə də yerli mediaya müsahibə verməyən prezident İlham Əliyev xalqdan gizlənməməli və çoxsaylı sualları cavablandırmalıdır

İlham Əliyevi Əli Kərimli ilə debata səsləyirlər

İlham Əliyevin gənclərlə son görüşündə müxalifət və AXC hakimiyyəti barədə səsləndirdiyi fikirlər müzakirə mövzusu olaraq qalır.

İlham Əliyevin tutduğu məqama yaraşmayan ifadələri və bəsit fantaziyanın məhsulu olan böhtanları AXCP sədri Əli Kərimli əhatəli və korrekt formada cavablandırmışdı. Lakin, ictimai fəallar bu qiyabi debatın canlı formada davamında maraqlı görünürlər.

İlk gündən gənclərin təşəbbüsü ilə “facebook” şəbəkəsində İlham Əliyevin Əli Kərimli ilə debata çıxması təklifləri səsləndirildi. Əli Kərimli dərhal öz facebook hesabında bu çağırışa müsbət yanaşdığını bəyan edərək, İlham Əliyevlə debata girməyə hazır olduğun bildirdi.

Hakim cəbhə isə hələ də ictimaiyyətdən gələn bu çağırışa susur. Bununla belə, debat təşəbbüsü daha da güclənir. Artıq iki gündür ictimai fəallar daha bir aksiyaya start veriblər. “İlham Əliyev, müxalifət lideri Əli Kərimli ilə debata gəl!” başlığı ilə petitsiya yaradılıb. İnsanlar ona imza ataraq belə bir debatın keçirilməsini dəstəklədiklərini ifadə edirlər (petitsiya burda http://chn.ge/1QImrUf).

Dövlət baçşısına müraciətə imza atanlar bunları bildirir: “Biz hesab edirik ki, Azərbaycanın iqtisadi-siyasi böhran yaşadığı bir dövrdə İlham Əliyev müxalifət liderləri ilə debata gəlməli və xalqı marağlandıran sualları cavablandırmalıdır. Hakimiyyətə gəldiyi gündən bir dəfə də yerli mediaya müsahibə verməyən prezident İlham Əliyev xalqdan gizlənməməli və çoxsaylı sualları cavablandırmalıdır.

Biz tələb edirik ki, İlham Əliyev müxalifət lideri Əli Kərimli ilə debata gəlsin və çoxsaylı sualları cavablandırsın. İqtisadi-siyasi böhran zamanı prezident müxalifəti və xalqı dinləməli, şəffaf diskussiyalardan çəkinməməlidir. Əks təqdirdə Azərbaycanda böhran daha da dərinləşəcək və iqtisadi-siyasi partlayış qaçılmaz olacaq.

İlham Əliyev, prezidentliyinizin 13-cü ilində, iqtisadi-siyasi böhranın dərinləşdiyi zamanda sizdən müxalifət lideri Əli Kərimli ilə debata gəlməyi tələb edirik!”.
673 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı