Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2016

Murad Ədilovun işi Ali Məhkəmədə

AXCP-dən olan siyasi məhbus Murad Ədilov barədə Sirvan Apellyasiya məhkəməsinin 27 oktyabr tarixli qərarından kassasiya şikayəti verilib. Bu haqda “Azadlıq”ı Murad Ədilovun vəkili Yalçın İmanov məlumatlandırıb.

Murad Ədilov 2014-cü il avqustun 11-də həbs edilib. Lənkaran Ağır Cinayətlərə dair məhkəməsi onun barəsində 6 il azadlıqdan məhrum etmə cəzası çıxarıb. Bu hökmdən verilən apelyasiya şikayəti təmin edilməyib.

Murad Ədilov külli miqdarda narkotik saxlamaqda ittiham edilir. Müdafiə tərəfi bu ittihamı rədd edir. Bildirilir ki, bu siyasi sifarişlə aparılan həbsdir. İttihamı sübuta yetirmək üçün istintaq və məhkəmə ortaya heç bir əsaslı dəlil qoya bilməyib.
656 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber