Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2016

İri ticarət mərkəzləri, müəssisə və bazarlar çökür

Hökumət mövcud vəziyyətdən çıxış üçün hansı addımları atmalıdır?

Qadir İbrahimli: «Bu gün baş verənlər hökumət üçün ciddi siqnallardır»

İqtisadiyyatda baş verən məlum hadisələr iri ticarət mərkəzlərində etiraz aksiyaları ilə müşayiət edilir. Bir müddət öncə Sumqayıtdakı “Karvan” ticarət mərkəzində, bugünlərdə isə “Moskva” univermağında baş verənlər böhranın pik nöqtəyə gəldiyini sübut edir.

Bakıdakı “brend” mağazaların əksəriyyəti bağlanır. Təkcə məişət və sənaye məhsulları deyil, maşın bazarında da kifayət qədər ciddi problemlər yaşanır. Bütün ticarət mərkəzlərində satış demək olar ki, dayanıb və ya obyekt sahibləri yeni icarədarlar axtarışındadır. Bu tendensiya davamlı şəkildə olarsa, ölkədə baş verən ixtisarların artacağı, böyük işsizlər ordusunun yaranacağı şübhəsizdir. Belə olan vəziyyətdə hökumət təcili addımlar atmalı, vəziyyətdən çıxış yolu axtarmalıdır. Görəsən, bu vəziyyətdə hökumətin üzərinə hansı vəzifələr düşür, hökumət konkret olaraq nə etməlidir?

Iqtisadçı-ekspert Qadir Ibrahimli mövcud vəziyyətdən çıxış yolunun bir o qədər də sadə olmadığını deyir. Ekspertin sözlərinə görə, hökumət məsələyə müdaxilə edib müəyyən islahatlar həyata keçirə, dolayı təzyiqlərlə müəyyən normal mühit formalaşdıra bilər. Lakin belə bir şəraitdə biznes strukturlarının sıradan çıxması qaçılmaz prosesdir və bunu tənzimləmək də hökumətin iradəsindən kənardadır:

“Əslində, bu proses yeni yaranmayıb. Hökumətin yürütdüyü siyasət biznes azadlıqlarının məhdudlaşdırılmasına, məhdud çevrənin özündə də maliyyə problemlərinin yaşanmasına gətirib çıxarıb. Onlar ciddi ziyanla üzləşirlər və vəziyyətdən çıxış yolu kimi məcburi ixtisarlara gedir, yer puluyla bağlı tələblər irəli sürürlər. Ölkədə rəqabət mühiti yoxdur və belə bir şəraitdə də ticarət mərkəzinin rəhbəri istədiyi şərti ticarətçilərə diqtə edir. Ticarətçilər etiraz edəndə də güc strukturlarının köməyi susdurulurlar. Hökumət rəqabət mühitini təmin etməli, azad ticarətə təminat verməlidir. Belə olsaydı, bu gün şahidi olduğumuz problemlər ortaya çıxmazdı. Əslində, baş verənlər hökumət üçün ciddi siqnallardır. Çünki indiyədək müəyyən olunan qaydalar daha işləmir və yeni qaydalar, standartlar işləyib hazırlamaq lazımdır”./azadlıq/
609 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı