Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2016

Deputata qarşı ağır ittiham

Rəfael Cəbrayılovların vətəndaşı aldatmasına dair sənədlər yayıldı

“Hamı kimi məndə istəmişdim ki, ev alım. Ancaq 52 min manat pulu ödədiyimə dair qəbz və müqaviləm olduğu halda evim başqasına satılıb. Indi nə evimi, nə də verdiyim pulu geri ala bilirəm”. Bu cümlələr Bakı şəhər sakini Osman Hacıyevin şikayət məktubundandır.

Yenicag-a gələn şikayət məktubunda bildirilir ki, Bakı şəhərində yerləşən “Lombard”da işləyən Osman Hacıyevin müəssisənin daimi müştərisi Mirəhməd Abbasovla dostluq əlaqəsi yaranıb. Elə bu oyunu başına açanlardan biri də Mirəhməd Abbasov olub. Belə ki, o, övladları üçün ev almaq istəyən O.Hacıyevə deputat Rafael Cəbrayılovla şərik olduğunu və ona çox münasib qiymətə ev ala biləcəyini söyləyib. Evin kvadrat metrində çox böyük endirim etdirən Mirəhməd Abbasov Osman Hacıyevin etimadını qazanıb.

Beləliklə, Osman Hacıyev Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovun adına olan “Dərhal” MMC tərəfindən Mehdiabad qəsəbəsində inşa edilmiş Binəqədi Gənclər Şəhərciyində yerləşən kompleksdəki 2-ci bina, 1-ci blok, 3-cü mərtəbədə yerləşən 117 kv.metrlik mənzili alıb. Bunun üçün Mirəhməd Abbasova 52 min manat ödəyərək, mənzilin müqaviləsini və ödəmə çekini təhvil alıb. 14 sentyabr 2012-ci ildə Elşən Cəbrayılovla bağladığı müqavilə ilə ev sahibi olduğunu düşünən Osman Hacıyev binanın başa çatmasını gözləməyə başlayıb. Lakin bu yaxınlarda bina ilə bağlı şikayətlər artınca, o, da narahat olaraq, 52 min manat (O zamanın kursu ilə 66 min dollar) ödədiyi evin taleyi ilə maraqlanmağa başlayıb. Lakin gözləmədiyi bir münasibətlə qarşılaşıb. “Dərhal” MMC-dən bildirilib ki, sənin müqavilən ləğv edilib və ev-filan yoxdur. Osman Hacıyev haqlı olaraq, pulunu istədikdə isə, “get məsələni Mirəhmədlə həll et” cavabı alıb.

Şikayətçinin sözlərinə görə, Mirəhməd Abbasovla əlaqə saxladıqda isə o, öncə Hacıyevə Cəbrayılovlara qarşı birlikdə mübarizə təklif edib. “O dedi ki, Rafael Cəbrayılov onu və çoxlarını aldadıb. Gəl sən ondan şikayət et, mən də sənə dəstək verəcəyəm”. Mən isə bunlarla tanış etdiyi üçün məsələni də özünün həll etməli olduğunu bildirdim. Ondan sonra isə Mirəhməd Abbasov Rəfael Cəbrayılovla anlaşaraq, bütün pulları guya deputatın sürücüsünün mənimsədiyi yalanını ortaya atdı. Iddia etdilər ki, guya mən də pulu sürücüyə vermişəm. Halbuki müqaviləni mənimlə imzalayan Elşən Cəbrayılovdur, qəbzi də təqdim edən Mirəhməd Abbasov. Mən tanımadığım və aylıq maaşla çalışan şəxsə necə bu qədər pulu əmanət edə bilərdim? Bütüm bunlar Azərbaycan millət vəkili adına yaraşmayan dələduzluqdan başqa bir şey deyil. Əgər deputat yaxınında olanlardan xəbərsizdirsə, lütfən sinəsində gəzdirdiyi nişana hörmət əlaməti olaraq, bu özbaşınalığa çarə qılsın”.
615 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 13:34